Forma Fitness
Forma Fitness — Bakı şəhərinin mərkəzində yerləşən, geniş və müasir idman klubudur. 2700 kvadrat metr sahəyə malik olan klubumuz funksional imkanları, geniş xidmət çeşidi və rahat infrastrukturu ilə seçilir. Burada siz həm qabaqcıl idman avadanlıqları, həm də yüksək ixtisaslı və peşəkar komanda ilə məşq edə bilərsiniz. Forma Fitness yalnız idman zalı deyil, həm də rahat dizaynı və keyfiyyətli xidmətləri ilə sağlam həyat tərzini dəstəkləyən bir məkandır.